22.09.2023

22 sentyabr 2023-cü il tarixində Həştərxan şəhərində “Regional oftalmoloji praktikada innovativ texnologiyalar’’ mövzusunda elmi-praktiki konfrans keçirildi.

22 sentyabr 2023-cü il tarixində Həştərxan şəhərində “Regional oftalmoloji praktikada innovativ texnologiyalar’’ mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfransda t.e.d. Namazova Hicran, t.ü.f.d. Məcidova Səbinə, t.ü.f.d. Mirişova Mirana, dr. İsmayilova Ülkər və dr. İbrahimova Sona onlayn formatda iştirak etdi.
T.ü.f.d. Məcidova S.R. “Proliferariv diabetik retinopatiyanın biomarkerlərin qiymətləndirilməsi”, t.ü.f.d. Mirişova M.F. “Artifakiya olan xəstələrdə qalıq refraksiyanın eksimer lazerlə korreksiyası”, dr. İsmayilova Ü.S. “Piqmentli retinitin inkişafında hipotalamusun trofik funksiyasının pozulmasının rolu” və dr. S.N. İbrahimova “Müasir neft sənayesində çalışan işçilər arasında oftalmopatologiyaların öyrənilməsi və onların yaranma riskinin qiymətləndirilməsi” mövzusunda məruzələr ilə çıxış etdilər.