29.06.2020

Assambleyada Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) ICO-ya (Beynəlxalq Oftalmologiya Şurası) üzv seçildiyi elan edildi.

Assambleyada Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) ICO-ya (Beynəlxalq Oftalmologiya Şurası) üzv seçilməsi haqqında məlumat verildi.

26-29 iyun 2020 ci il tarixində Cənubi Afrika Respublikasının paytaxtı Keyp-Taun şəhərində keçirilməsi planlaşdırılan Dünya Oftalmologiya Konqresi (World Ophthalmology Congress -WOC-2020) COVİD 19 pandemiyası ilə əlaqədar olaraq virtual formatda işinə başladı.

Konqresindən əvvəl 25 iyun 2020-ci il tarixində Beynəlxalq Oftalmologiya Şurasının (International Council of Ophthalmology -ICO) Baş assambleyası virtual formatda keçirildi.
Baş assambleyada dünya oftalmologiyasında baş verən məsələlər müzakirə olundu.
Assambleyanı giriş sözü ilə ICO-nun prezidenti Professor Peter Wiedemann açdı. Daha sonra ICO-nun vitse prezidenti professor Neru Qupta çıxış etdi:

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) ICO-ya (Beynəlxalq Oftalmologiya Şurası) üzv seçildiyini vurğuladı.