29.06.2020

26-29 iyun tarixlərində Dünya Oftalmologiya Konqresinin (WOC 2020) virtual konfransı keçirildi.

26-29 iyun2020-ci il tarixlərində Dünya Oftalmologiya Konqresinin (WOC 2020) virtual konfransı keçirildi.

Cənubi Afrika Respublikasının paytaxtı Keyp-Toun şəhərində nəzərdə tutulan Dünya Oftalmologiya Konqresinin (World Ophthalmology Congress -WOC 2020) virtual konfransında heyət üzvlərindən AOC-un Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, t.e.d. Rəna Ağayeva, t.e.d. Nazilə Rüstəmova, t.ü.f.d, cərrah-oftalmoloq Fidan Ağayeva, AOC-un sədr müavini t.ü.f.d. Yazgül Abdıyeva, dr. Emin Əlihüseynli və digərləri iştirak etdi. Yazgül Abdıyeva və Rəna Ağayeva tərəfindən e-poster məruzə təqdim olundu.

ICO-nun Scientific Proqramın rəhbəri(Scientific Program Chair )Professor Marie Jose Tassignon WOC proqramı haqqinda çıxış etdi (130 live sessions, 111 prerecorded sessions, 315 Free paper presentations, 700 e-Posters, 35 Instructional Courses and Virtual Exhibition təqdim olundu).