9 aprel 2023-cü il tarixindən etibarən Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Qax rayonununda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.
Aksiya çərçivəsində 361-i böyük, 39-u uşaq olmaqla ümumi 400 nəfər müayinə olundu. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.