10.02.2023

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Ramana qəsəbəsi, Sosial binalardakı şəhid və qazi ailələri üçüntibbi aksiya keçirildi

9 fevral 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Ramana qəsəbəsi, Sosial binalardakı şəhid və qazi ailələri üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

Aksiya çərçivəsində 105 nəfər müayinə olundu. Refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir.
Müayinələrdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Məmmədova Lalə dr. Əliyeva Natəvan ,rezident Ərəbov Emin və digər işçi qrupu tərəfindən həyata keçirildi.