13.04.2021

Türk Oftalmoloji Dərnəyin Gənc Oftalmoloqların vebinar toplantısı keçirildi

11 aprel 2021-ci il tarixində Türk Respublikaları Oftalmoloji Dərnəyi Gənc Oftalmoloqların vebinar toplantısı keçirildi. Toplantıda Türkiyədən; TOD Onursal Başkanı Dr. Sunay Duman, TCOD Genel Başkanı Prof.Dr. Öner Gelişken, TCOD Genel Sekreteri Prof.Dr. Süleyman Kaynak və digər mütəxəssislər iştirak etdi, Rusiya federasiyasy Ufa şəhəri Ufa elmi tədqiqat göz xəstəlikləri institutundan Dr. Emin Usubov və s., mütəxəsislər iştirak edirdilər. Toplantıda 4 ölkədən 11 gənc oftalmoloq müxtəlif maraqlı mövzular və maraqlı kliniki hallar paylaşdılar. Akademik Zərifə Əliyeva Adına Milli Oftalmologiya Mərkəzindən Lalə Məmmədova “Frosted Branch Angiitis as Ocular Manifestation of Behçet’s disease” Rövşən Rəcəblinin “Simple Limbal Epithelial Transplantation” mövzusunda maraqlı çıxışları oldu. Konsfransda ümumilikdə maraqlı təkliflər və praktiki yeniliklər səsləndirildi.