Ümumdünya Görmə Günü (World Sight Day) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı günü qeyd olunur. (12 oktyabr) Bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və göz xəstəlikləri patologiyası olan insanların reabilitasiyası kimi məsələlərə qlobal diqqətin çəkilməsi üçün təqvimə salınmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, görmə zəifliyi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mühüm sağlamlıq problemidir. Dünyada görmə qabiliyyəti zəif olan insanların təxmini sayı 285 milyondur, 39 milyonu kor, 246 milyonu isə zəif görəndir. Gözdən əlillərin təxminən 65%-i və kor insanların 82%-i 50 yaş və yuxarıdır.
Dünya üzrə ən azı 450 milyon uşaq müalicəyə ehtiyacı olan görmə pozğunluğuna malikdir və 90 milyon uşaq bir növ görmə itkisi ilə yaşayır. Uşaqlarda görmə itkisinin yayılması ölkə daxilində və regionlar arasında əhəmiyyətli dərəcədə dəyişir.
Dünyada hər il görmə problemləri ilə insanların sayı 45 min artır.Qeyd edək ki, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür.