Avstriyanın Vyana şəhərində 8-12 sentyabr tarixlərində ənənəvi 41-ci ESCRS toplantısı keçirildi.
Toplantıda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları t.ü.f.d. Həsənov Cəmil, t.ü.f.d. Nigar Həsənova, dr. Sidiqə Əliyeva, dr. Ləman Əsgərova, t.ü.f.d. Nərminə Hacıyeva, t.ü.f.d. Aygün Səfərova, dr. Aysel Əkbərova və rezident Emin Ərəbov iştirak etdi.
T.ü.f.d. Cəmil Həsənov “Refrakter qlaukomalarda klapansız qlaukoma drenajları implantasiyasının Azərbaycanda uzunmüddətli nəticələri” adlı təqdimat edərkən, t.ü.f.d. Nigar Həsənova "Hallerman- Ştreiff sindromu", dr. Sidiqə Əliyeva "Buynuz qişanın ektaziyasının korneal rekonstruksiya üçün femtosaniyə lazerlə müalicəsi", dr. Ləman Əsgərova və dr. Sidiqə Əliyeva “Keratokonuslu gözlərdə krosslinkinq sonrakı nəticələr" adlı e-poster məruzələr ilə çıxış etdilər.
ESCRS Vienna 2023 konfransı çərçivəsində 1 gün WSPOS “Beynəlxalq oftalmologiya və çəpgözlük” ixtisas gününə həsr olunmuşdu. Burada dünya üzrə məhşur uşaq oftalmoloqları və strabizmoloqlar bu sahənin müxtəlif istiqamətlərində yeni məruzələr oxuyublar. Mərkəzimizdən dr. Aysel Əkbərova bu ixtisas günündə iştirak edib.
Konfrans maraqlı elmi müzakirələrlə yadda qaldı.