16.10.2021

15 oktyabr 2021-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABIS Sun Beynalxalq Məktəbdə tibbi aksiya keçirdi.

15 oktyabr 2021-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABIS Sun Beynalxalq Məktəbdə tibbi aksiya keçirdi.Aksiyada Pandemiya ilə əlaqədər olaraq gigiyenik qaydaları qorumaq şərti ilə müəllim və şagird heyətinə tibbi xidmət göstərildi. Aksiya çərçivəsində 178 nəfər müayinə olundu. Məktəblilərin dərsdən sonra həkimə müraciət etmək üçün vaxtlarının məhdudluğunu nəzərə alaraq həmin zamana qənaət etmək üçün müayinələr məktəbdə səyyar formada keçirildi.  Müaynənin keçirilmə məqsədi korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir.