11.09.2024

Dr. Sunay Dumanın 80 illik yubileyi

Hörmətli Sunay xanım!
Həyatınızın fərəhli və təntənəli məqamı – 80 illik yubileyiniz münasibətilə Sizi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin adından səmimi qəlbdən təbrik edir, ən xoş arzular diləyirəm.
Türkiyənin və Azərbaycanın tanınmış oftalmoloqu kimi Siz oftalmologiya elminin müxtəlif sahələrində dəyərli töhfələr vermisiniz.
Sizin praktik həkim-oftalmoloq olaraq fəaliyyətiniz minlərlə xəstəyə göz nurunu qaytarıb. Siz həmçinin Türk Cumhuriyetleri Oftalmoloji Derneğində və Azərbaycan Oftalmoloqlar Cəmiyyətində əhəmiyyətli işlər görmüsünüz, iki ölkə oftalmoloqlarının sıx, qardaşlıq münasibətini qurmusunuz.
Hörmətli Sunay xanım, bu yubiley ad günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq, elmi yaradıcılığınızda uğurlar arzulayıram. Türkiyə və Azərbaycan oftalmologiyasının inkişafı, xalqlarımızın rifahı və sağlamlığı naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin
sədri                                                                                                              Prof. Elmar Qasımov