16.02.2024

15-16 fevral 2024-cü il tarixində Avtomobil Səyyar klinikası tərəfindən ADA universitetində tibbi aksiya və seminar keçirildi.

15-16 fevral 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən ADA universitetində tibbi aksiya və seminar keçirildi.
Seminarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Nuranə Nuriyeva tərəfindən məruzə ilə çıxış oldu.
Aksiya çərçivəsində isə 181 nəfər müayinə olundu. Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, profilaktik və müalicə tədbirləri heyata keçirlməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. İbrahimova Sona, dr. Nuriyeva Nuranə, rezident Qasımova Cəmilə tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçiləri Leyla Qurbanova və Züleyxa Yusifova iştirak edirdilər.