07.11.2023

Nardaran qəsəbəsinin 295 №-li tam orta məktəbində tibbi aksiya keçirilib

7 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Sabunçu rayonunun Nardaran qəsəbəsində 295 №-li tam orta məktəbdə Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirib.

Aksiya çərçivəsində 165 nəfər müayinə olunub. Müayinələr əsasında  refraksiya patologiyası, allergik konyunktivit və s. diaqnozlar aşkar olundu.

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasientləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

Tibbi aksiya Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti dr. Həsənova Rəvanə, dr. Əliyeva Sidiqə və rezident  Manafov Samir tərəfindən həyata keçirildi. Bununla yanaşı, “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçisi Qurbanova Leyla iştirak etdi.