13.01.2024

12 yanvar 2024-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin illik iclası keçirildi.

12 yanvar 2024-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti illik iclası keçirildi.
İclas Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımovun rəhbərliyi ilə keçirildi.
İclasda 2023-cü ildə keçirilən tədbirlər, konfranslar haqqında illik hesabat verildi və 2024-cü ildə nəzərdə tutulan tədbirlər planı qeyd olundu. Gələcəkdə keçiriləcək konfrans, seminar, toplantılar və digər mövzular haqqında məsələlər müzakirə edildi.
Toplantıda AOC-un sədr müavini t.ü.f.d. Abdıyeva Y.C. “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı və 2024-cü ilin illik proqramı”, AOC -un Gənc Oftalmoloqlar komitəsinin koordinatoru dr. Əlihüseynli E.H. “AOC Gənc Oftalmoloqlar Komitəsi. 2023-cü ilin yekunları. 2024-cü il üçün nəzərdə tutulan planlar”, t.e.d. Qəlbinur T.P. “Etik komitə”, t.ü.f.d. Həsənov C.V. “Buynuz qışa keratoplastikasının keçmişi və gələcəyi”, t.ü.f.d. Əfəndiyeva M.Ə. “WET-LAB kurslarının 2023-cü il üzrə fəaliyyəti və 2024-cü il üçün planları” və dr. İbrahimova S.N. tərəfindən “Cərrahi müdaxilədən sonra baş verən fəsadlar” təqdim olundu və həmkarlar tərəfindən maraqlı suallar və təkliflər səsləndi.
Eyni zamanda iclasda t.e.d Nazilə Rüstəmova, t.e.d Rəna Ağayeva, t.e.d. Nizami Bağırov, t.ü.f.d. Xəlil Hüseynov, AOC-un elmi katibi Ceyhun Nəzərli və digər mütəxəssislər iştirak etdilər.