09.12.2023

8 dekabr 2023-cü il tarixində tibbi aksiya Naxçıvan Mərkəzi Xəstəxanasında keçirildi.

8 dekabr 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tibbi aksiya Naxçıvan Mərkəzi Xəstəxanasında keçirildi.
Xəxtəxana işçiləri arasında oftalmoloji müayinələr aparıldı.
Aksiya çərçivəsində 50 nəfərdən çox vətəndaş müayinə olunub. Yaşla bağlı presbiopiya, refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, t.ü.f.d. Mirişova Mirana, dr. Bayramova Humay, dr. Həsənova Rəvanə tərəfindən həyata keçirildi.