25.04.2024

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Dr. Əliyeva Sidiqə 19-20 aprel tarixində Dubay şəhərində keçirilən 1-ci Beynəlxalq Keratokonus konfransında iştirak edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Dr. Əliyeva Sidiqə 19-20 aprel tarixində Dubay şəhərində keçirilən 1-ci Beynəlxalq Keratokonus konfransına dünyanın 250-dən çox istirakçısı sırasından qonaq məruzəçi kimi dəvət almış və mərkəzimizi “Şeimpflug görüntüləmə texnologiyasından istifadə edərək keratokonus gözlərinin ön seqment xüsusiyyətləri” məruzəsi ilə təmsil etmişdir.