14.02.2024

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş 28 aprel 2024-cü ildə keçiriləcək elmi konfransla bağlı Elan


Hörmətli həmkarlar!

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş 28 aprel 2024-cü ildə keçiriləcək elmi konfransında iştirak və çıxış etməyə dəvət edirik, konfransın materialları “Azərbaycan Oftalmologiya Jurnalı”nın növbəti buraxılışında dərc ediləcəkdir.

Məqalələrin qəbulu: 15 mart 2024-cü il tarixinə kimi davam edəcək.

Məqalələr göndərilməlidir: jurnalın redaksiyasına və ya oftal.jurnal@mail.ru

Məqalələrin tərtib edilməsinə dair tələblər

Başlıq səhifə (nümunə), UOT (universal onluq təsnifat), Müəlliflər (soyadı və inisialları), MƏQALƏNİN ADI (şrift Times New Roman, ölçüsü 12), Müəssisənin adı və ünvanı

Xülasə və açar sözlər rus və ingilis dillərində 200-250 söz - məqsəd, material və metodlar, nəticələr, yekun (şrift Times New Roman, ölçüsü 11, interval – 1)

İkinci səhifə və daha sonar məqalənin özü (şrift – Times New Roman, şriftinölçüsü – 12, interval – 1,15, səhifənin parametrləri: yuxarı və aşağı – 2 sm, sol – 3 sm, sağ – 1 sm çap olunmalıdır. Məqalənin həcmi 7-9 səhifə, ədəbiyyat icmalı – 10-15 səhifə, klinik hallar – 4-6 səhifədən artıq olmamalıdır. Cədvəllər, şəkillər və diaqramlar aydın, kompakt və əyani, başlıqları mətnə uyğun olmalıdır. Cədvəllər statistik işlənilməlidir. Cədvəldə olan rəqəmlər mətndəki rəqəmlərlə uyğun olmalıdır. Ümumi qəbul olunan qısaltmalardan başqa digərlərinə yol verilmir. Xüsusi terminlər mətndə ilk öncə tam açıqlanır, yalnız sonra şərti)

İşin aktuallığı (məsələni əks edən qısa giriş), Məqsəd, Material və metodlar, Nəticələr, Müzakirə alınan nəticələr ədəbiyyatda göstərilən tədqiqatlarla müqayisə edilməlidir), Nəticələr bəndlərlə və ya Yekun (1-3cümlə)

ƏDƏBİYYAT (Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir. Eyni ədəbiyyata mətndə təkrar istinad olunarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Bütün mənbələr nömrələnməli və mətndə olan nömrələrlə tam uyğun olmalıdır. İstifadə olunan mənbələr orijinal məqalələrdə 10-20, ədəbiyyat icmallarında isə 50-dən artıq olmamalıdır. Dissertasiyaların avtoreferatlarına istinad olunursa, onların adları qeyd olunmalıdır. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə üstünlük verilməlidir).

Müəlliflərin iştirakı: Tədqiqatın anlayışı və dizaynı (müəlliflərin soyadı və inisialları); Materialın toplanması və işlənməsi (müəlliflərin soyadı və inisialları); Statistik məlumatların işlənməsi (müəlliflərin soyadı və inisialları); Mətnin yazılması (müəlliflərin soyadı və inisialları);Redaktə (müəlliflərin soyadı və inisialları);

Müəlliflər heçbir konfliktin olmamasını bəyan edirlər (xüsusi anket doldurulur).

Korrespondensiya üçün (məsul müəllifin koordinatları-elmi adı, vəzifəsi, iş yeri, elektron ünvan, redaksiya üçün mobil nömrəsi)