19-20 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Füzuli rayonunun azad edilmiş torpaqlarında tibbi aksiya keçirdib.
Aksiya çərçivəsində isə 230 nəfər müayinə olundu. Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Rəcəbli Rövşən, dr. Fərhad Nurməmmədov, rezident Ərəbov Emin və Anar Şahverdiyev tərəfindən həyata keçirildi.
Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və sürücülər Vasif Nəsirov və Vüsal Məmmədov iştirak etdi.
Dr. Rövşən Rəcəbli və dr. Fərhad Nurməmmədov tərəfindən CBC TV-yə aksiya zamanı aşkar olunan xəstəliklər barədə məlumat müsahibə şəklində verildi.