12.10.2023

Özbəkistanın Səmərqənd şəhərində III Beynəlxalq Oftalmoloji Konqresi keçirilib.


12-13 oktyabr 2023-cü il tarixində Özbəkistanın Səmərqənd şəhərində III Beynəlxalq Oftalmoloji Konqresi keçirilib.
Konqresdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin t.e.d. Hicran Namazova, t.e.d. Nazilə Rüstəmova, t.ü.f.d. Mətanət Əfəndiyeva, dr. Rəvanə Həsənova, dr. Lalə Məmmədova və rezident Aynur Ağayeva iştirak etdi.
Konqres zamanı t.e.d. Hicran Namazova tərəfindən "Patogenezin bəzi xüsusiyyətləri, klinik mənzərəsi katarakt cərrahiyyəsi taktikasını seçərkən psevdoeksfoliasiya sindromu", t.ü.f.d. Mətanət Əfəndiyeva tərəfindən "Oftalmohipertenziya və hamiləlik", dr. Rəvanə Həsənova, t.ü.f.d. Mariat Sultanova, rezident Aynur Ağayeva tərəfindən "Uşaqlarda görmə pozğunluğunun strukturunda irsi patologiya" məruzələr ilə çıxış etdilər. Dr. Lalə Məmmədova onlayn formatda tədbirə qoşularaq "Şüşəvari cisimdə qalmış billur materiallarına cərrahi yanaşma" mövzusunda təqdimat edib. Dr. Leyla Əliyeva tərəfindən isə "Foveal avaskulyar zonanın və panretinalın ölçüləri lazer koaqulyasiyası" e-poster göndərilib.
Bununla yanaşı, konqresdə AOC üzvləri t.e.d., dosent Tural Qəlbinur “Torlu qişanın mürəkkəb cərrahi halları: torlu qişanın sitomeqalovirus retiniti ilə əlaqəli və QIÇS-lə bağlı olan qopması. Tək gözü olan pasientdə müvəqqəti keratoprotezin köməyi ilə torlu qişanın fəsadlı qopmasının müalicəsi”, dos. t.ü.f.d. Aysel Qəlbinur “Görmə funksiyalarının refraktiv ambliopiyası olan yeniyetmələrdə kontakt korreksiya üsulu ilə bərpası” və Dr. Hümmətova S.A. "Torlu qişa qopmalarının cərrahi əməliyyatı zamanı İLM soyulmasının nəticələri" mövzusu ilə çıxış ediblər.