11.10.2023

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası çərçivəsində çox saylı əməliyyatlar və müayinələr həyata keçirilir

Daşkənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz fəaliyyətini artıq yekunlaşdırmaq üzrədir.
Dekada çərçivəsində həkimlər briqadası üzvlərindən oftalmoloq-cərrahlar dr. Pirmətov Məhərrəm və dr. Rəcəbli Rövşən tərəfindən əməliyyatlar və müayinələr həyata keçirilmişdir. Belə ki, oftalmologiya üzrə ümumi  ağır dərəcəli  keyslər daxil olmaqla 50 əməliyyat və 186 müayinə gerçəkləşdirilmişdir.
Qeyd edək ki,  11 oktyabr tarixində səhiyyə sahəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu həyata keçiriləcək və həmin tarixdə də səhiyyə dekadası artıq fəaliyyətini yekunlaşdıracaq.