30 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABİ SUN Bəynəlxalq məktəbində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tibbi aksiya keçirib.
Aksiya çərçivəsində 123 nəfər müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, allergik konyunktivit və s. diaqnozlar aşkar olundu.
Tibbi aksiya Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti dr. Leyla Əliyeva, dr. Nərgiz Əhmədova və rezident dr. Emin Ərəbov tərəfindən həyata keçirildi.
Bununla yanaşı, “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin işçiləri Leyla Qurbanova və Zuleyxa Yusifova iştirak etdilər.